XƏBƏR

Gündəlik idman bu qadınları sümük qırılmasından qoruyur

date 8 Noyabr 2019

Gündəlik idman bu qadınları sümük qırılmasından qoruyur

Menopauzaya girən qadınlarda hormonal dəyişikliklər səbəbindən sümük əriməsinin yarandığı çoxlarına məlumdur. Menopauzadan 5 il sonra bu riskin daha çox olduğu bildirilir.  

e-tibb.az xəbər verir ki, alimlərin apardığı yeni araşdırmaya görə, bu qadınlarda sümük əriməsi riskini azaltmaq mümkündür. ABŞ-da aparılan araşdırma nəticəsində məlum olub ki, mütəmadi, nizamlı şəkildə edilən idman menopauzaya girən qadınları sümük qırılmalarından qoruyur.

Gündəlik yüngül idman hərəkətləri edən qadınlarda etməyənlərlə müqayisədə sümük qırılmalarına daha az rast gəlindiyi aşkarlanıb. 

ABŞ-da olan 40 tibb mərkəzi üzrə qeydiyyatda olan 50-79 yaş arası 77 mindən çox qadının 14 il müddətində izlənməsi nəticəsində belə qənaətə gəlinib.

Araşdırma zamanı qadınların idman edib-etmədikləri, gündəlik hərəkətli olub-olmadıqları, sümük qırılmaları ilə üzləşib-üzləşmədikləri öyrənilib.

Məlum olub ki, gündəlik olaraq mütəmadi idman edən, ev işləri görən qadınlarda sümük qırılması daha az baş verir.

Amma menopauzadan sonrakı dövrdə gündə 10 saata yaxın oturaq həyat tərzi keçirən, yatan qadınlarda aktiv olan qadınlarla müqayisədə sümük qırılması halları 10 faizdən  çoxdur.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR