XƏBƏR

Bakıda xüsusi qayğıya ehtiyacı olan uşaqların pulsuz müayinəsi keçiriləcək

date 28 Sentyabr 2019

Bakıda xüsusi qayğıya ehtiyacı olan uşaqların pulsuz müayinəsi keçiriləcək

Bakıda xüsusi qayğıya ehtiyacı olan uşaqların pulsuz müayinəsi həyata keçiriləcək.

e-tibb.az-ın xəbərinə görə, bu, Bakıdakı Bona Dea International Hospitalda baş tutacaq.

Klinakanın açıqladığı məlumatda bildirilir ki, Çinin reabilitasiya layihəsinin beynəlxalq proqramı çərçivəsində və doktor Şi Şen Kunun rəhbərlik etdiyi “Şende” Beynəlxalq Tibbi Həkimlər Assosiasiyasının dəstəyi ilə 29, 30 sentyabr tarixlərində “Bona Dea” klinikasında xüsusi qayğıya ehtiyacı olan uşaqlar pulsuz müayinə olunacaq.

Müayinə və reabilitasiya aşağıdakı diaqnozlar üzrə aparılacaq:

Uşaq serebral iflici (bütün formaları);
-Uşaqlarda motorika və nitq inkişafının geriləməsi;
-Autizm;
-Daun sindromu;
-Kəllə-beyin və onurğa beyini zədələrinin fəsadları;
- Mərkəzi sinir sisteminin anadangəlmə patologiyası;
-Ensefalit və meningit xəstəliklərindən sonra vəziyyət;
-Periferik sinir sistemi xəstəlikləri;
- İnsultlar;
-Skoliozlar;
-Osteoxondrozlar


Qeyd olunub ki, müayinəyə yazılmaq üçün 901 nömrəsilə əlaqə saxlamaq olar.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR