XƏBƏR

İdman edəndə beyin yorulur? - Yeni ARAŞDIRMA

date 28 Sentyabr 2019

İdman edəndə beyin yorulur? - Yeni ARAŞDIRMA

Fransız və ingilis alimləri müəyyən ediblər ki, fiziki tapşırıqlar zamanı yalnız əzələlər deyil, həm də insanın beyni yorulur. e-tibb.az "Current Biology" jurnalına istinadən xəbər verir ki, ekspertlərin fikrincə, idman, məşq zamanı beynin müəyyən sahələri düzgün işləməyi dayandırır.
Alimlər qeyd ediblər ki, məşq edəndə beynin nəzarət və qərarların qəbul edilməsinə cavabdeh olan sahələri yorulur. Ekspertlər bunun insanın həddindən artıq işləməməsi və zərər görməməsi üçün özünü izləməsi səbəbiylə baş verdiyini izah edirlər. Mütəxəssislər hesab edirlər ki, idmançının yorğunluğuna yalnız fiziki yorulma deyil, həm də zehni fəallığın artması təsir göstərir.

Elm adamları, yükü artıraraq orta gücləndirilmiş proqramla edilən məşqdən sonar yorulan orqanizmin gec bərpa olunduğunu müəyyən ediblər. Onların sözlərinə görə, belə məşq edən şəxslər bundan sonrakı üç həftə ərzində özlərini əzgin hiss ediblər.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR