XƏBƏR

Bakıda unikal böyrək köçürmə əməliyyatı keçirilib

date 15 Yanvar 2019

Bakıda unikal böyrək köçürmə əməliyyatı keçirilib

Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) unikal böyrəkköçürmə əməliyyatı həyata keçirilib.

Mərkəzdən e-tibb.az-a verilən məlumata görə, əməliyyat RMDM “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad Şolan tərəfindən icra olunub.

Cərrahın sözlərinə görə, əməliyyatın mürəkkəbliyi resipiyentin artıq çəkidə və patoloji piylənməsinin mövcudluğu ilə bağlı olub: “Bundan əlavə, resipiyent və donorda immunoloji uyğunluqda ciddi risklər var idi”.

Şöbənin nefroloqu Nərgiz Baxşəliyeva qeyd edib ki, bütün anatomik çətinliklərə və immunoloji maneələrə baxmayaraq, əməliyyat uğurla keçib. Köçürülmüş böyrək hazırda normal işləyir, resipiyent və donorun vəziyyəti yaxşıdır.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR