XƏBƏR

Bakıda üçəm oğlan doğulub

date 1 Oktyabr 2019

Bakıda üçəm oğlan doğulub

Bakıda uzun zaman sonsuzluqdan əziyyət çəkən ailənin üçəm övladları dünyaya gəlib. 

e-tibb.az-ın xəbərinə görə, Caspian İnternational Hospitalda doğulan körpələrdən üçün də oğlandır.

Klinikanın açıqladığı məlumatda bildirilir ki, süni mayalanma ilə hamilə qalan pasiyent hospitala icbari sığorta müqaviləsi əsasında müraciət edib. Müayinə edildikdən dərhal sonra ginekoloq, uzman həkim Rəşad Sultanın nəzarəti altında erkən doğuş təhlükəsi ilə klinikaya yerləşdirilib.

10 günlük müalicədən sonra nəhayət hamiləliyin 33-34-cü həftələrində keysəriyyə əməliyyatı ilə 1700 qr, 1800 qr və 1900 qr çəkilərində olan üçəmlər dünyaya göz açıb. Körpələrin və ananın səhhəti normaldır.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR