XƏBƏR

Payızın ən faydalı meyvələrində biri - Kimlər bol FEYXOA yeməlidir?

date 2 Oktyabr 2019

Payızın ən faydalı meyvələrində biri - Kimlər bol FEYXOA yeməlidir?

Payız mövsümünün meyvələrindən biri də feyxoadır. Feyxoa meyvəsinin əhəmiyyətli xüsusiyyətlərindən biri, yodla zəngin olmasıdır. Feyxoa ən çox yod ehtiyatı olan bitkilərdəndir. Amma feyxoanın faydalı xüsusiyyətləri bununla bitmir. e-tibb.az feyxoanın faydaları ilə bağlı ümumi cərrah, proktoloq Ellada Manafovanın fikirlərini təqdim edir.

Feyxoanın ləti liflərlə zəngin olduğu üçün bağırsaqların peristaltikasını artırır, mədə şirəsi  hasilini tənzimləyir, yoğun və düz bağırsaq şişləri ilə mübarizə aparır.

Bir fincan feyxoada 16 qram lif var, bu da köp, həzmsizlik üçün faydalıdır.

Feyxoa kalsiumla zəngin olduğu üçün hipertoniya riskini azaldır. Damarları rahatladır, boşaldır, təzyiqi normallaşdırır. Eləcə də feyxoada olan C, B 6 vitamini ürəyin işi üçün vacib sayılır.

Gündə cəmi 3 ədəd feyxoa yemək kifayətdir ki, immun sisteminə infeksiyalarla mübarizədə dəstək verəsiniz. C vitamini ilə zəngin antioksidantdır. Antivirus və xərçəng əleyhinə təsiri ilə məşhurdur.

Feyxoanın tərkibində olan fol turşusu Alsheymer xəstəliyinin qarşısını alır. Feyxoa beyin qan dövranını yaxşılaşdırır, yaddaşı gücləndirir, neyron aktivliyi artırır.

Feyxoada olan fol turşusu dölün yaxşı inkişafı, beynin formalaşması üçün vacibdir. Hamilələrdə zob, anemiya problemləri zamanı da faydalıdır, hemoqlobini qaldırır.

Feyxoa toxumaların, bağların bərpasını sürətləndirir. Ona görə qəzalar, travmalar, zədələr, yaralar, əməliyyatdan sonra bərpa üçün feyxoa yemək lazımdır.

Orqan, toxumaları saf oksigenlə təmin edən bu meyvə sərbəst radikalları zərərsizləşdirir, stresi azaldır, xərçəng hüceyrələrinin inkişaflının qarşısını alır.

Maska kimi istifadə olunduqda dərini nəmləndirir, dəri iltihabını, qaşıntı, səpkini aradan qaldırır, dərini cavanlaşdırır, bərkidir.

Feyxoa qalxanvari vəzinin xəstəlikləri, yod çatışmazlığı zamanı çox faydalı sayılır. Bəzən səhvən bütün zob xəstələri feyxoadan istifadə edir. Qalxanvari vəzin aktiv böyüməsində yodla zəngin qidaları çox yemək olmaz.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR