XƏBƏR

Bakıda 65 yaşlı qadın böyrəyini oğluna bağışlayıb

date 29 Avqust 2019

Bakıda 65 yaşlı qadın böyrəyini oğluna bağışlayıb

Bakıda 65 yaşlı qadın böyrəyini xroniki böyrək çatışmazlığından əziyyət çəkən 38 yaşlı oğluna bağışlayıb.

Əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzində urologiya və transplantologiya sahəsində yüksəkixtisaslı, peşəkar cərrah kimi tanınan Rəşad Şolanın rəhbərliyi ilə “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində həyata keçirilib.

RMDM-in yaydığı məlumatda bildirilir ki, pasiyentə köçürülən böyrəyi orqanizm qəbul edib.

Rəşad Şolanın bildirdiyinə görə, təcili əməliyyatın aparılmasına göstəriş xəstənin qısa müddətdə aldığı hemodializ seanslarının yaratdığı fəsadlar olub: “Böyrək çatışmazlığından xilas olan və sağlam həyata dönən pasiyentimizin vəziyyəti hazırda yaxşıdır. Hemodializ vasitəsilə qan təmizlənsə də, bununla sağlam böyrəklərin bütün funksiyalarını əvəz etmək mümkün deyil. Böyrəklər fəaliyyətini dayandırarsa və insan hemodializ seansları qəbul etməyə məcbur olarsa, orqanizmin digər funksiyaları da tənəzzülə uğrayır. Bu da perikardit, anemiya, sümük xəstəlikləri, arterial hipertoniya, qanda kaliumun yığılması, sinir sisteminin pozulması kimi bir sıra fəsadlara yol açar. Bu baxımdan böyrəkk öçürmə əməliyyatı hemodializi yaşam üsulu seçmək məcburiyyətində qalan insanlar üçün nicat yoludur. Pasiyentimizə bu xoşbəxtliyi ahıl yaşda olan anası bəxş etdi”.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR