XƏBƏR

Azərbaycanlı həkim COVİD-19-la bağlı elmi nəticələri açıqlayıb-VİDEO

date 22 Aprel 2020

Azərbaycanlı həkim COVİD-19-la bağlı elmi nəticələri açıqlayıb-VİDEO

Son zamanlar mediada, sosial şəbəkələrdə, həm də elmi araşdırmalarda COVİD-19 pnevmoniyasının epidemiologiyası, kliniki simptomatikası, profilaktikası və digər aspektləri haqqında vaxtaşırı maarifləndirici məlumatlar verilir. Ən vacib məqamlardan biri də koronavirusun, onun səbəb olduğu pnevmoniyanın diaqnostikası ilə bağlıdır. COVİD-19 xəstəliyinin dəyərləndirilməsində radioloqlar hansı məqamlara diqqət yetirməlidirlər?

e-tibb.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Şüa Diaqnostikası kafedrasının müdiri Məlahət Sultanova “COVID-19 Pnevmoniyası: Radioloji Aspektləri” mövzusunda apardlğı ətraflı elmi tədqiqatın nəticələrini açıqlayıb.

M.Sultanova qeyd edib ki, ümumbəşəri problem COVID-19 infeksiyasının diaqnostikası ilə bağlı radioloqlar və klinistlər üçün indiyədək önəmli olan araşdırmaların nəticələri açıqlanıb:
“Hər bir sahədə olduğu kimi bu xəstəlikdə də radioloqlar COVİD 19 xəstəliyinin müalicəsinin ayrılmaz üzvüdürlər. Xəstəiliyin kliniki təqibi ilə yanaşı, radioloji dinamikası proqnostik cəhətdən mühüm əhəmiyyətə malikdir. Bir müddət əvvəl dünya bununla bağlı dünyada mövcud elmi araşdırmaların nəticələrini həmkarlarıma təqdim etmişdim. Bu gün isə COVİD-19 diaqnostikasında əsas kriteriyalar, onların görüntüsünü açıqlamışam. Araşdırmanın özəlliyi ondadır ki, burada Azərbaycan olan təcrübə əlavə olunub, tədqiqatda öz müşahidələrimizi bölüşmüşük, öz xəstələrimizlə bağlı nəticələri göstərmişik”.

M.Sultanova bildirib ki, bu təqdimatda dünya üzrə aparılan araşdırmaların nəticələri ilə yanaşı, azərbaycanlı həkimlərin əldə etdiyi nəticələrin yer alması çox önəmlidir: “Biz xəstələri yalnız müşahidə və müalicə etməklə kifayətlənmirik. Həm də xəstəliyin diaqnostikası və müalicəsinin elmi nəticələrini açıqlayır, məsələyə akademik baxımdan yanaşırıq”.

Qeyd edək ki, ATU əməkdaşı M.Sultanova Azərbaycanda bu sahədə əldə olunan təcrübənin nəticələri ilə bağlı bəzi elmi məqalələri xarici jurnallara da təqdim edib.


 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR