XƏBƏR

Azərbaycanda təkböyrəkli kişiyə bağırsaqdan süni sidik kisəsi yaradılıb

date 5 Dekabr 2019

Azərbaycanda təkböyrəkli kişiyə bağırsaqdan süni sidik kisəsi yaradılıb

Azərbaycanda daha bir unikal cərrahiyyə əməliyyatı aparılıb.

e-tibb.az-ın xəbərinə görə, Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatında bildirilir ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinə müraciət edən 40 yaşlı kişidə müayinələr nəticəsində nadir rast gəlinən patologiya-interstisial sistit aşkarlanıb. Həyata keçirilən əməliyyatla pasiyentdə süni sidik kisəsi yaradılıb.

RMDM-in şöbə müdiri, Səhiyyə Nazirliyinin baş transplantoloqu Rəşad Şolan deyib ki, interstisial sistit xəstəliyi ilə müraciət edən hər bir xəstədə sidik kisəsini tamamilə çıxarılmır, yalnız bu xəstəliyin terminal mərhələsində, yəni sidik kisəsi həcmini və funksiyalarını tam itirdikdə çıxarılır: “Pasiyentimiz kişilərdə çox nadir rast gəlinən, səbəbi bilinməyən, ağır interstisial sistit xəstəliyindən əziyyət çəkirdi. Nəticədə onun sol böyrəyi tamamilə fəaliyyətini dayandırmışdı. Xəstə tək böyrəklə və böyrəklərin yükünü azaltmaq məqsədilə qoyulan nefrostoma ilə yaşamağa məhkum idi. Biz bu məsuliyyətli əməliyyata qərar verdik və xəstəmizdə nazik bağırsaqdan süni sidik kisəsini formalaşdırdıq. Uğurla başa çatan əməliyyatdan 10 gün sonra pasiyentimiz evə yazıldı. Beləliklə, yüzlərlə interstisial sistitli xəstəmiz kimi bu pasiyentimiz də xəstəlikdən, xəstəliyin yaratdığı komplekslərdən birdəfəlik xilas oldu”.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR