XƏBƏR

Bu dərmanın xərçəngə qarşı effektivliyi sübut olunub

date 6 Dekabr 2019

Bu dərmanın xərçəngə qarşı effektivliyi sübut olunub

Əksəriyyətin geniş istifadə etdiyi həblərdən biri ilə bağlı yeni araşdırma aparılıb.

e-tibb.az-ın xəbərinə görə, alimlər aspirin həblərinin xərçəngə qarşı effektivliyini isbat ediblər.

Hesab olunur ki, adi aspirinin müntəzəm istifadəsi onkoloji xəstəliklərin inkişaf riskini əhəmiyyətli dərəcədə azalda bilər. Lakin bu üsul piylənmədən əziyyət çəkən insanlara demək olar ki, zəmanət vermir. ABŞ-dan olan alimlərin bununla bağlı apardıqları araşdırmanın nəticələri JAMA portalında dərc edilib.

Tədqiqat çərçivəsində 12 il müddətində 140 mindən artıq amerikalının məlumatları öyrənilib. Nəticədə ABŞ-ın aspirin istifadə edən vətəndaşları arasında prostat, bağırsaq və digər orqanların xərçəngi daha az aşkarlanıb.

Qeyd edilir ki, bu xüsusiyyət yalnız normal çəkili insanlar arasında aşkarlanıb. Aspirin qəbulundan belə bir effekt həddindən artıq arıq və ya kök olan insanlar üçün müəyyən edilməyib.

 

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR