XƏBƏR

Azərbaycanda sidik kisəsi çöldə doğulan körpə əməliyyat olunub

date 20 Dekabr 2019

Azərbaycanda sidik kisəsi çöldə doğulan körpə əməliyyat olunub

Azərbaycanda daha bir yeni doğulan körpədə qeyri-adi hal aşkarlanıb.

e-tibb.az xəbər verir ki, bununla bağlı uşaq cıərrahiyyəsi və urologiyası üzrə mütəxəssis, Mərkəzi Klinikanın həkimi Fuad Hüseynov məlumat açıqlayıb.

Onun sözlərinə görə, yeni doğulan qız uşağı dünyaya göz açan kimi çox ağır xəstəliklə mübarizə aparmaq məcburiyyətində qalıb: "Olduqca nadir yəni, 500 000 qız uşağından biri bizim qızımız kimi sidik kisəsi çöldə doğulur. Bizə müraciət edəndə artıq 3 aylıq olmasına baxmayaraq çəkisi 3800 qram idi. 2 dəfə ağır vəziyyətdə başqa klinikada reanimasiya şöbəsində müalicə almışdı. Apardığımız müayinələr nəticəsində məlum oldu ki, körpənin sidik kisəsi, sidik axarları çöldədir, sidik kanalı yoxdur, uşaqlıq yolu tamamilə bağlıdır. Sidik kisəsi ekstrofiyası diaqnozu qoyularaq cərrahi əməliyyat planlaşdırıldı.

Əməliyyatdan öncə çəkilən rentgendə qasıq sümükləri arasındakı məsafə böyük olduğu üçün uzman travmatoloq Fərhad Verdiyev tərəfindən arxadan qalça sümükləri kəsildi ki, qasıq sümüklərini yaxınlaşadıra bilək. Çəkisi 3800 qr olan körpə üzərində uşaq cərrahiyyəsinin ən çətin əməliyyatlarından olan sidik kisəsi ekstrofiyasının təmiri əməliyyatını uğurla icra etdik .

Yəni sidik kisəsi ətraf toxumalardan sərbəstləşdirilərək normal yerinə yerləşdirildi. Ardından qasıq sümükləri yaxınlaşdırıldı, sidik kanalı və uşaqlıq yolu bərpa edildi”.

Həkim bildirib ki, körpə 10 gün müddətində xəstəxanada yatandan sonar evə yazılıb, hazırda vəziyyəti yaxşıdır.

F. Hüseynov əməliyyatı onunla bərabər icra edən həmkarlarına-uşaq cərrahı, uzman həkim Allahverdi Musayevə, ortoped-travmatoloq, uzman həkim Fərhad Verdiyevə və uşaq cərrahı Günel Əmiraslanovaya təşəkkür edib.

Qeyd edək ki, Azərbaycanda bundan əvvəl də bir neçə körpənin sidik kisəsinin bayırda doğulması halına rast gəlinib.

 

 e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR