XƏBƏR

​​​​​​​Avtomobil sükanı ictimai tualetin unitazından da çirklidir - ABŞ alimləri  

date 30 Yanvar 2019

​​​​​​​Avtomobil sükanı ictimai tualetin unitazından da çirklidir - ABŞ alimləri  

ABŞ-ın Milli Biotexnologiya Məlumat Mərkəzinin alimlərinin apardıqları araşdırma insanlarda xəyal qırıqlığı yaradıb.

Araşdırma nəticəsində avtomobilin sükanının ictimai tualetdəki unitazdan daha çirkli olduğu üzə çıxıb.

Bakteriyaların sayı koloniyatəşkiledici (KTV) vahidlər indeksinin köməkliyi ilə ölçülüb. KTV-nin orta göstəricisi ilə avtomobilin sükanında 629, ictimai tualetdəki unitazda cəmi 172 bakteriya aşkarlanıb.

Bu arada yanacaqdoldurma məntəqələrindəki “tapança"larda isə 2 milyona yaxın bakteriyanın olduğu müəyyənləşib.

Tədqiqatçılar bildirirlər ki, avtomobilin sükanı 700 müxtəlif bakteriyanın “yaşayış” yeridir. Sükanda ən çox stafilokoklara, eləcə də "propioni" bakteriyalarına rast gəlinir.

1000 avtomobil sahibi arasında da sorğu keçirilib. Sorğuda iştirak edənlərin 32%-i bildirib ki, avtomobillərinin salonlarını ildə bir dəfə təmizləyirlər. İştirakçıların 12%-nin isə, ümumiyyətlə, təmizliyə diqqət ayırmadıqları məlum olub.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR