XƏBƏR

Arterial təzyiq kimlərdə ölçülməlidir?

date 7 May 2020

Arterial təzyiq kimlərdə ölçülməlidir?

Yüksək arterial təzyiqin bir çox hallarda heç bir əlaməti olmadığı üçün xəstə bu barədə məlumatsız ola bilər. Buna görə də hər bir insan ən azı 3 ildən bir mütləq təzyiqini ölçməlidir.

e-tibb.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctiami Səhiyyə və İslahatlar Mərkəzinin açıqladığı məlumatda deyilir.

Qeyd olunub ki, arterial qan təzyiq bəzi əhali qruplarında daha tez-tez, yəni ən azı  ildə iki dəfə yoxlanmalıdır.
Bura qruplara kimlər aiddir?
Yaşı 45-dən yuxarı olanlar
Şəkərli diabeti olanlar
Hamilə qadınlar
Klimakterik dövrdə olan qadınlar
Artıq bədən çəkisi olanlar
Zərərli vərdişləri olanlar
Əvvəllər heç olmazsa, bir dəfə təzyiq göstəriciləri 140/90 mm. civə sütunu olanlar

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR