XƏBƏR

Alkoqolla bağlı daha bir XƏBƏRDARLIQ: Orqanizm üçün ən vacib olan bu elementi...

date 29 Aprel 2020

Alkoqolla bağlı daha bir XƏBƏRDARLIQ: Orqanizm üçün ən vacib olan bu elementi...

Həkimlər alkoqolun daha bir ziyanını açıqlayıblar.

e-tibb.az-ın xəbərinə görə, mütəxəssislər, alkoqolun vacib qida maddələrinin orqanizm tərəfindən mənimsənilməsinə mane olması ilə bağlı xəbərdarlıq ediblər. Yeni araşdırmalar göstərir ki, alkoqolun təsiri altında orqanizm onun üçün ən faydalı elementlərdən biri olan sink tamamilə itir. Sink DNT sintezi üçün zəruridir və onun təsiri altında hüceyrələrin bölünməsi baş verir. Eləcə də bədəndə yaranan yaralar sink sayəsində bərpa olunur. İmmun sisitemi onun köməyi ilə fəaliyyət göstərir, sink mikroelementi həm də antioksidant hesab olunur.
“PLOS Patogenes” nəşrində yeni növ koronavirusun ailəsindən olan SARS-ın çoxalmasına mane olan bir tədqiqatda sinkdən də danişılır.

Alimlərə görə, spirt, öz növbəsində, qidadan əldə edilən elementlərin mənimsənilməsinə mane olur. Bununla yanaşı, anemiya, demensiyanın qarşısını ala bilən B qrup vitaminlərini məhv edir, C və D vitaminlərinin çatışmazlığına səbəb ola bilər.

Həkimlər kişilər üçün gündə təxminən 11 mq., qadınlar üçün 8 mq. sink qəbulunu normal sayırlar. Tədqiqatçılar hesab edir ki, alkoqollu içkiləri mütəmadi  qəbul edənlərin 30-50%-i sink çatışmazlığından əziyyət çəkir.

Xatırladaq ki, sinklə zəngin bir çox qidalar var. Sinkin ən çox göyərtilərdə, qırmızı ətdə, dana qaraciyərində, istiridyada (balıq növü), günəbaxan tumlarında, balqabaqda, qoz-fındıqda, küncüt toxumunda, mərci və soyada toplandığı bildirilir.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR