XƏBƏR

Demensiyaya səbəb  olan və onun qarşısını alan amillər açıqlanıb

date 29 Aprel 2020

Demensiyaya səbəb olan və onun qarşısını alan amillər açıqlanıb

Alimlər demensiyaya (ağılın, yaddaşın itməsi) səbəb olan və onun qarşısını alan qidaları açıqlayıblar.

e-tibb.az xəbər verir ki, Fransanın Bordo Universitetinin alimləri qocalıqda beyinin, sağlam düşüncənin qorunmasına imkan verən və demensiya riskini artıran və azaldan qidalarla bağlı araşdırma aparıblar. Tədqiqatın nəticələri Amerika Nevrologiya Akademiyasının “Nevrology” jurnalında dərc olunub.

2015-ci ildə başlayan araşdırma üçün orta yaşı 78 olan 627 yaşlı insan seçilib. Onlardan 209-da demensiya olub, 418-də isə bu problem qeydə alınmayıb. Tədqiqatın əvvəlində iştirakçılar son bir il ərzində - ayda bir dəfədən, gündə dörd dəfəyə kimi- istifadə etdikləri məhsulları göstərən sorğu anketini doldurublar.
Bundan sonra,
onlara hər iki-üç ildən bir nəzarət olunub və tibbi müayinələr aparılıb.
Qida menyuları əsasən kolbasa, kartof kimi nişastalı qidalar və qəlyanaltılar, biskvit və xəmirdən ibarət olan insanlarda sağlam və daha çox müxtəlif qidalar istifadə edən şəxslərə nisbətən demensiyanın  inkişaf etdiyi ortaya çıxıb.
Məlum olub ki, demensiyası olmayan insanlar meyvə, tərəvəz və dəniz məhsulları da daxil olmaqla müxtəlif yeməklər və əlavələrlə ət və ya quş əti yeyənlərdir.  Ümumiyyətlə, onların qida rasionu müxtəlif ərzaqlarla zəngin olub.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR