XƏBƏR

Ağciyərləri təmizləyən və qoruyan 4 QİDA

date 23 Mart 2019

Ağciyərləri təmizləyən və qoruyan 4 QİDA

Araşdırmalara görə, ağciyər xərçəngi dünyada ən çox yayılmış bədxassəli şişlər sırasındadır. Ağciyərin sağlam olması insan sağlamlılığının davamlılığı baxımından olduqca əhəmiyyətlidir. Bəs biz ağciyərlərimizi nə dərəcədə qoruyuruq? E-tibb.az ağciyərləri təmizləyərək, xəstəliklərin qarşısını alan qidaların siyahısını verir.

Zəncəfil

Çirkli hava, siqaret və müxtəlif faktorlar ağciyərlərdə toksinlərin yığılmasına səbəb olur. Ağciyərləri təmizləmə gücü olan qidalardan biri zəncəfildir. Bir litr suya yarım baş zəncəfil tökün. Bu sudan hər gün 2 fincan qədər içilməsi ağciyərlərin təmizlənməsinə fayda göstərəcək.

Kərəviz 
 
Kərəviz ağciyərlər üçün olduqca faydalıdır. Siqaret çəkirsinizsə, kərəvizdən bol-bol istifadə etməlisiniz. Kərəvizi salat olaraq və yeməklərdə istifadə etmək ağciyərləri təmizləməyə yardım edəcək. Mövsümündə həftədə iki və ya üç dəfə yemək məsləhətdir.

Sarımsaq

Tənəffüs sisteminin ən önəmli orqanı olan ağciyərlərin tam gücü ilə işləməsini dəstəkləyən qidalardan biri sarımsaqdır. Antibiotik təsir göstərən sarımsaq, tərkibindəki bir çox vitaminlə ağciyər xərçənginə qarşı qoruyucudur. Yeməklərin yanında bir diş çiy sarımsaq yeməyin ağciyərlərə təmizləyici təsir göstərdiyi elmi olaraq sübut olunub.

Üzüm çəyirdəyi
 
Üzümün özü qədər çəyirdəyi də sağlamlıq baxımından olduqca faydalıdır. Üzümün çəyirdəyi təbii bir antioksidantdır. Xüsusən qara üzümün çəyirdəyi sağlamlıq üçün olduqca vacibdir. Buna görə də üzümü mütləq çəyirdəyi ilə yeyin.

 

 

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR