XƏBƏR

45-dən sonra ata olmaq risklidir

date 16 Noyabr 2018

45-dən sonra ata olmaq risklidir

45 yaşdan sonra ata olanların övladlarında sağlıq problemləri daha çox yaranır.

Bununla bağlı, ABŞ-da araşdırma aparılıb.

25-34 yaş arasında və 45 yaşdan sonra ata olan kişilərin uşaqlarının tibbi vəziyyətləri müqayisə edilib.

Müəyyən edilib ki, 45 yaşdan sonra ata olan kişilərin yeni doğulan övladlarının çəkisi 2,5 kq-dan az olur, onlarda müxtəlif problemlər müşahidə olunur.

Amerikalı mütəxəssislər kişilərə 45 yaşa qədər övlad sahib olmağı tövsiyə edirlər.

Onların fikrincə, kişilərin yaşı artdıqca onların sperması əhəmiyyətli dərəcədə genetik dəyişikliklərə məruz qalır. Sperma mutasiyaya uğrayır, eləcə də hüceyrədə xromosom sayının anormallaşmasına meylli olur. Bu isə 45 yaşdan sonra ata olanların övladlarında sağlamlıq problemlərinə yol aça bilər.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR