Sual göndərin
Rəy bildirin

Randevu al

İş günü deyil

doctor-speciality

Dr. Elxan Mürşüdli

Uroloq

20 il iş təcrübəsi


İş yerləri

Spero Hospital

20 Yanvar küç. 1B

Haqqında

1998-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə ilə bitirib. Universiteti bitirdikdən sonra Rusiya Federsiyası Prezidenti yanında Tibb Mərkəzinin Tədris-Elm Mərkəzində Urologiya ixtisası üzrə 1998-2000-ci illərdə kliniki ordinaturada, 2000-2004-cü illərdə əyani aspirnturada təhsilini davam etdirib. 2004-cü ildə Rusiyanın ən mötəbər urologiya mərkəzi Urologiya Elmi-Tədqiqat İnstitutu nəzdində olan Dissertasiya Şurasında “Sidik kisəsi səthi xərçənginin kompleks və kombinə müalicəsində holmium lazer və BCG-terapiya” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

2007-ci ildə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasında təkrari attestasiyadan keçib. 2004-2009-cu illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Klinik Xəstəxanasında həkim-uroloq kimi çalışıb. 2006-cı ildə İstanbul Universiteti Cerrahpaşa Tibb fakültəsinin urologiya kafedrasında, 2009-cu ildə Ankara şəhərində Başkent Universitetində təkmilləşmə kursu keçib.

2011-ci ildən Spero Hospitalda həkim-uroloqdur. Avropa Urologiya Cəmiyyətinin həqiqi üzvü.Beynəlxalq Sidik Saxlama Cəmiyyətinin, Beynəlxalq Endourologiya Cəmiyyətinin üzvüdür.

Böyrək daşları (perkutan nefrolitotomiya), sidik axarı daşı (ureterolitotripsiya), sidik kisəsi daşı (sistolitotripsiya), prostat adenoması (TUR – transuretral rezeksiya) və s.xəstəliklərin cərrahi müalicəsində istifadə olunan müasir endoskopik əməliyyatları (bədənin təbii dəlikləri vasitəsi ilə) icra edir. Eyni ilə andrologiya sahəsinin aktual problemləri ilə maraqlanır və aktiv məşğul olur.

Xəstələrin müalicəsində Avropa və Amerika Urologiya Cəmiyyətlərin Tövsiyələrini və Standartlarını rəhbər tutur.

 



Sosial şəbəkəsi
Təhsil

Tibb üzrə fəlsəfə doktoru


Xidmətlər
  • Uroloq

  • Androloq

Həkimə verilən sullar

Hal hazırda sual yoxdur.
Həkimə yazılan rəylər

Hal hazırda rəy yoxdur.

Təhsil

Tibb üzrə fəlsəfə doktoru


Xidmətlər
  • Uroloq

  • Androloq

Təhsil

Tibb üzrə fəlsəfə doktoru


Xidmətlər
  • Uroloq

  • Androloq

Sual göndərin
Rəy bildirin

Randevu al

İş günü deyil