XƏBƏR

“Zeytun yağı ana südü ilə eynidir” - Məşhur dietoloqdan AÇIQLAMA  

date 18 Noyabr 2019

“Zeytun yağı ana südü ilə eynidir” - Məşhur dietoloqdan AÇIQLAMA  

"Zeytun qızıl, zeytun yağı isə qızıl suyudur”.

e-tibb.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu məşhur dietoloq, daxili xəstəliklər və kardiologiya uzmanı, professor Canan Karatay deyib.

Onun sözlərinə görə, zeytun hətta qızıldan da qiymətlidir: “Qızıldan ötrü insanlar bir-birini öldürür, amma zeytun həyat bəxş edir. Uzun ömür, sağlamlıq verir”.

O, hər zaman az yağ yemək barədə verilən tövsiyələrə də münasibət bildirib: “Az yağla yaşamaq mümkün olmaz. Dəzgahlar yağlanmasa işləməz. İnsan bədəni bir dəzgahdır”.

Mütəxəssisin sözlərinə görə, zeytun yağı ana südü ilə eynidir: “Bircə fərqli var. Ana südündə heyvani xolesterin var, zeytun yağında bitki xolesterini”.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR