XƏBƏR

Yüksək dozada vitaminlərin venaya yeridilməsi laxtalanmaya səbəb ola bilər-Həkimdən XƏBƏRDARLIQ!

date 10 Dekabr 2020

Yüksək dozada vitaminlərin venaya yeridilməsi laxtalanmaya səbəb ola bilər-Həkimdən XƏBƏRDARLIQ!

"Müəyyən vitamin qrupları var ki, həkimlə məsləhətləşəndən sonra onları qəbul etmək olar. Həmin vitaminlər əsasən D və S vitamini, sink və selen mikroelementləri, antibakterial və antibiotik dərmanlardır. Həmin dərmanlar sırasına qan durulaşdırıcı preparatlar da daxildir, hətta bəzi xəstələr onu inyeksiya şəklində istifadə edirlər. Antibiotiklərdən qeyri-düzgün istifadə nəinki xəstəliyə müsbət təsir göstərmir, hətta onun gedişatını ağırlaşdıra da bilər”.

e-tibb.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu həkim-terapevti Solmaz Musayeva deyib. Covid-ə yoluxanların həkim təyinatı olmadan ev şəraitində müəyyən dərmanları qəbul etməsinə münasibət bildirən mütəxəssis deyib ki, hər dərman bütün xəstələrə eyni qaydada tətbiq edilə bilməz.  

Onun sözlərinə görə, yüksək dozada vitaminlərin venadaxilinə yeridilməsi qan laxtalanmasına səbəb ola bilər: "Ümumiyyətlə, xəstənin ağır simptomları yoxdursa, həkimlər sistemlərlə müalicəni tövsiyə etmirlər. Həmin proses yalnız xəstəxana şəraitində aparılmalıdır".

Həkim vurğulayıb ki, qaraciyərə birbaşa təsir edən toksik dərmanların özbaşına istifadəsi yolverilməzdir: "COVID-19 infeksiyası ilə yanaşı başqa xəstəliklər varsa, bunu həkimə demək lazımdır ki, onun təyin edəcəyi dərmanlar düzgün olsun”.

Həkim-terapevt qeyd edib ki, bununla yanaşı düzgün və rasional qidalanmaya diqqət yetirmək lazımdır. İstirahət və yuxu rejiminə riayət edilməsi də mütləqdir, eyni zamanda çoxlu maye qəbul etmək məsləhətidir. Ev şəraitində müalicə zamanı həmin qaydalara əməl olunması tez sağalmağa səbəb olur.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR