XƏBƏR

Yeni koronavirus tapılıb

date 17 Aprel 2020

Yeni koronavirus tapılıb

Yarasalarda yeni tip koronavirus aşkarlanıb. 

e-tibb.az xarici mediaya istinadən xəbər verir ki, Hindistandakı Tibbi Araşdırma Cəmiyyəti (ICMR) tərəfindən aparılan bir araşdırmaya əsasən, həmin ölkədə rast gəlinən iki yarasa növündə fərqli koronavirus aşkarlanıb. Bununla bağlı tədqiqat Hindistan Tibbi Araşdırmalar jurnalında dərc olunub.

Amma alimlər, bu koronavirusun da insanlarda xəstəliyə səbəb olub-olamayacığını göstərən dəlil və artaşdırma olmadığını deyiblər. Hələlik həmin koronavirusların nə dərəcədə təhlükəli olduğu bilinmir.

Araşdırma 25 yarası üzərində aparılıb. Aşkar olunan yeni yarasa koronavirusunun COVİD-19 pandemiyasına səbəb olan SARS-coV2 virusu ilə heç bir əlaqəsinin olmadığı deyilir.

 

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR