BLOQ

Xəstəliklərdən qorunmaq, müalicə etməkdən daha asandır

date 11 Dekabr 2019

Xəstəliklərdən qorunmaq, müalicə etməkdən daha asandır

Qış aylarında xəstəliklər artır.

Bu xəstəliklərin əksəriyyəti hava-damla yolu ilə keçir. Qapalı məkanlarda xəstələnmiş insanın asqırması kifayətdir ki, milyonlarla virus hissəcikləri havaya saçılsın. Bu da həmin məkanlarda həm uşaqların, həm də böyüklərin xəstələnmək riskini artırır. Ona görə də xəstələrin belə məkanlardan uzaq tutulması tövsiyə olunur. Əgər bu mümkün deyilsə, onda həmin məkanın, evin, otağın havası tez-tez dəyişdirilməli və xəstə ilə uşağın təması minimuma endirilməlidir. Bundan əlavə, maska taxılmalı, əl yuma gigiyenasına diqqət edilməli, əl üz dəsmalları ayrı tutulmalıdır. İstiliyin düzgün tənzimi də əsas şərtlərdən biridir. Havalar soyuduğuna görə uşağı qat-qat geyindirmək düzgün deyil. Yəni siz uşağı qalın geyindirməklə onu xəstəlikdən qorumursuz, əksinə, belə uşaqlar daha tez xəstələnirlər. Normal geyindirmək və otağı da normal temperaturda saxlamaq lazımdır. Otaqda 22-24 dərəcə ən uyğun istilik şəraitidir. Əsas tövsiyəmiz budur ki, uşağı xəstə adamlardan, tərləməkdən, küləkdən qorumaq lazımdır. Xüsusilə vurğulayırıq, evdə böyüklər xəstələnəndə buna əhəmiyyət vermirlər, onlar xəstəliyi balacalara da yoluxdururlar. Böyüklər sağalır, lakin balacalar bu xəstəliyi daha ağır keçirir və gec sağalırlar...

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR