BLOQ

Xəstəlik qorxusu-COVİD-19 ətrafında yaranan təşviş

date 14 May 2020

Xəstəlik qorxusu-COVİD-19 ətrafında yaranan təşviş

Normal, adi hissiyat və əlamətlər tez-tez bir insan tərəfindən anormal narahatedici hal kimi qavranılırsa, diqqət adətən orqanizmin bir və ya iki üzvündə və ya sistemində cəmlənirsə, tez-tez ifadə olunan dərəcədə depressiya və həyəcan mövcddursa, burada söhbət İpoxondriyadan (xəstəlik xəstəliyi)gedir. İpoxondriya və ya xəstəlik təşvişi pozuntusu, bir insanın bir xəstəliyə tutulması və bu xəstəliyin inkişaf etməsi ilə bağlı həddindən artıq narahatlıq keçirdiyi psixiatrik bir vəziyyətdir. Onların narahatlığı gündən-günə həyat və münasibətlərə təsir göstərə biləcək dərəcədə arta bilər. Son bir neçə ayda, bütün dünyada sürətlə yayılan Covid-19, bu haqda məlumatların daim gündəmdə olması bu qrup xəstələri daha da narahat edir. Pozuntunun iki tətikləyicisi var. Əsas tətikləyici COVID-19 kimi yeni bir təhlükənin aşkar edildiyi zamandır.

Hər kəs yeni bir xəstəlik haqqında oxuyanda özündən "Bu xəstəlik məndə varmı”, deyə soruşa bilər. Lakin xəstəlik narahatlığı olan bir insan üçün bu, məşğul olmağa dair məcburi fikirdir. İkinci tətikləyici isə onun qarşısını almaq üçün göstərişləri diqqətlə yerinə yetirməkdir. Təlimatlar açıq-aydın ağlabatan və zəruri olsa belə, düşüncələrin əziyyətini çəkən insan özünü qorumaq üçün həddən artıq yükləmə məcburiyyətlərini və obsessiyaları gücləndirir.

Sağlamlıq təşvişi olan bir insan sağlamlıq təlimatlarını (20 saniyə əl yumaq yetərlidir) yetərli saymayıb, bəlkə bir dəqiqə, bəlkə də beş dəqiqə yuyunur. Yəqin ki, yuyunduqdan sonra əl təmizləyici vasitədən istifadə edir…

Digər çox yayılmış xüsusiyyətlərdən biri də, əminlik axtarışıdır. Xəbərləri dinləmək və hər kəsdən daima yeni xəbər almaq istəyi yaranır. Heç bir cavab onları tam rahatlada bilmir və qısa zamanda yenidən düşüncələrdə sağlamlığa dair yeni şübhələr yaranır.

Bəs bu fikirlərdən necə qurtulmaq olar?

Əsas faktor - bu fikirlərdən müalicə olunmaq lazımdır. Çünkü bunlar xəstəlikdən dolayı ağla gələn fikirlərdir. Müalicə psixofarmakoterapiya (dərman) və psixoterapiya üsulu ilə aparılır. Psixoterapiya pasientə fikirləri düzgün formalaşdırmağa yardım edir və pasienti yenidən real həyata adaptasiya olunur. Bu fikirlərin xəstəlikdən yarandığını biliriksə, deməli onlar yalan və əsassızdır. Ən böyük əminliyi həkim yaradır, o da pasientdə heç bir ağır xəstəliyin (Covid-19, xərçəng, hepatit, AİDS və s.) olmadığını deyib və psixoloji problemin həllini tapır.

Aydan Xasməmmədzadə- Psixoterapevt, Sinir elmləri uzmanı

e-tibb.az üçün 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR