XƏBƏR

Xərçəngin qarşısını alan çay

date 10 İyul 2019

Xərçəngin qarşısını alan çay

Xərçəng əleyhinə olan qidalar çoxdur. Mütəxəssislər vaxtaşırı xərçəng hüceyrələrinin yaranmasının qarşısını alan qidalar, meyvə-tərəvəzlər, göyərtilər, içkilər barədə məlumatlar açıqlayırlar.

Həkim-fitoterapevt Fizuli Hüseynov xərçəng xəstəliyinin həm müalicəsi, həm də profilaktikası üçün resept paylaşıb. Həkim bildirib ki, bu üsul çox faydalıdır.

Hərəsindən 0,5 kq udi-hindi və qara zirə toxumu üyüdülüb toz formasına salınır, bir-birinə qarışdırılır, sonra şüşə bir balona tökülüb saxlanılır. Gündə 3 dəfə, yeməkdən 1 saat əvvəl həmin qarışıqdan 1 çay qaşığı götürüb 1 stəkan qaynar suya qarışdırılır. 5 dəqiqədən sonra 1 çay qaşığı bal əlavə edib içilir və ya gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı ağıza atılır, üstdən 1 stəkan su içilir.

Həkim deyib ki, qarışımın dadı xoşagələn olmasa da şəfalıdır, bunu həmin qarışım qurtarana qədər etsəniz, nəticəni görəcəksiniz.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR