XƏBƏR

Xərçəng riskini azaldan qidalar AÇIQLANIB

date 11 Sentyabr 2019

Xərçəng riskini azaldan qidalar AÇIQLANIB

Alimlər xərçəngdən xilas olmaq üçün nələri yeməyin lazım olduğunu açıqlayıblar.

e-tibb.az xarici mediaya istinadən xəbər veriri ki, Avstraliya tədqiqatçılarının fikrincə, bağırsaq xərçəngi hallarının 35%-ə qədəri siqaret və zəif qidalanma ilə əlaqədardır. Onkoloji xəstəliklərin inkişaf riskini əhəmiyyətli dərəcədə azaltmaq üçün mütəxəssislər diet proqramına bir sıra sadə məhsullar daxil etməyi məsləhət görürlər.

Hesab olunur ki, vacib məqamlardan biri yağlı və emal olunmuş, işlənmiş ətin miqdarını gündə yüz qrama qədər azaltmaq lazımdır. Avstraliyadan olan həkimlərin tövsiyələrinə əsasən, çox miqdarda lifli qidalar yeməklə onkoloji xəstəliklər ehtimalını azaltmaq olar.

Əsas məqsədlərdən biri gündə 30 qram lif əldə etməkdir.

Mütəxəssislərə görə, lifin ən zəngin mənbələrindən biri buğda kəpəyidir. Bundan başqa, süd və süd məhsulları, yağlı balıq və qəhvə onkoloji problemlərin inkişaf riskini azalda bilər.

Bağırsaq xərçəngi olan xəstələri izləyən bir araşdırma göstərir ki, xəstələrdə ömür uzunluğu gündə iki fincan qəhvə içməklə əlaqədardır. Alimlər xərçənglə mübarizədə qəhvənin faydalarını sübut ediblər.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR