XƏBƏR

Viruslar ən çox bu hallarda yayılır

date 18 May 2020

Viruslar ən çox bu hallarda yayılır

Hər bir canlının öz çevrəsi var. Bu çevrədə digər canlıların müəyyən məsafəyə yaxınlaşması müvafiq reaksiyalar doğurur. Məsələn, qəfəsdəki dovşan siz uzaqdaykən yaxınlaşar, bir az yaxınlaşdıqda hürkər-qaçar. İnsan da biopsixososial varlıq olaraq müəyyən çevrələrə sahibdir. Hərçənd ki, bu söhbət daha çox məşum koronavirusla bağlı ortaya çıxıb "sosial məsafə" termini ilə beyinlərə yerləşdi.

e-tibb.az xəbər verir ki, bunu pediatr, uzman həkim Ülvi Əliyev açıqlayıb. Onun sözlərinə görə, insane aid bu məsafələr proksemika adlanır. Buraya aşağıdakılar aiddir:

1) İntim məsafə (0-35 sm)

2) Fərdi məsafə (35-80 sm) yaxın dost, qohum, tanış
3) İctimai məsafə (80-200 sm) iş yoldaşları
4) Sosial məsafə (2 m və daha artıq) tanımadıqlarınız...

Həkim bildirib ki, məsafələr xalqlara görə dəyişkəndir. Bütün yoluxucu viruslar üçün aktual olan bir sıra nüanslar olduğunu qeyd edən mütəxəssis bildirib ki, öskürmə və asqırma zamanı daha çox virus hissəciyi yayılır - 200.000.000 və bunların sadəcə, birinin göz və ağıza düşməsi yoluxma üçün yetərli olur. Onun sözlərinə görə, nəfəs alma ilə 50 dəqiqə, söhbət ilə 5 dəqiqə ərzində yoluxmaq mümkündür: “Ucadan danışmaq daha çox virus yayılmasına səbəb olar. İngiliscə Ts, rusca Ц, hərflərinin tələffüzü zamanı daha çox tüpürcək hissəciyinin ağızdan çıxması haqda məqalələr də var”...



KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR