XƏBƏR

Uşaqlarda çəpgözlüyün yaranması nədən xəbər verir?

date 18 İyul 2019

Uşaqlarda çəpgözlüyün yaranması nədən xəbər verir?

“Uşaqlarda 2-3 yaşa qədər çəpgözlüyün yaranması valideyn üçün əsas simptomdur. Bu, həkimə daha tez müraciət olunması üçün siqnaldır”.

Bunu oftalmoloq-cərrah, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi Qəmər Əliyeva deyib. Onun sözlərinə görə, həm görmə, həm də digər xəstəliklərlə bağlı uşaqda yaranan çəpgözlük çox vacib əlamətdir: “Çəpləşən göz zəif görən göz deməkdir. Ona görə də zəifliyin səbəbini araşdırmaq lazımdır”.

Oftalmoloq bildirib ki, çəpləşmə gözə beyin nəzarətinin itməsi nəticəsində yaranır. Çəpgözlük müşahidə olunan kimi göz dibi müayinə olunmalıdır.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR