XƏBƏR

Uşaqlarda autizmi daha erkən yaşda aşkarlamaq mümkün olacaq

date 11 Yanvar 2019

Uşaqlarda autizmi daha erkən yaşda aşkarlamaq mümkün olacaq

Yeni qeyri-invaziv eşitmə testi uşaqlarda autizmi daha erkən yaşda aşkarlamağa kömək edəcək. 

e-tibb.az saytı xarici mətbuata istinadən xəbər verir ki, autizm xəstələri hiperhəssaslıqdan əziyyət çəkirlər, hətta ən sakit səs belə onlar tərəfindən yüksək səs kimi qəbul edilir.

Amerikalı professor Rendi Kuleşa bildirib ki, yeni test valideynlər və həkimlər üçün faydalı olacaq.

Onun sözlərinə görə, yeni testin tətbiqi nəticəsində uşaqlarda autizmi daha erkən yaşda aşkarlamaq şansı yaranacaq, bu isə müalicənin effektivliyi üçün mühüm amildir.

Qeyd edək ki, hazırda uşaqlarda autizmin diaqnostikası təxminən 4 yaşında həyata keçirilir və bu testlər nitq qabiliyyətinə əsaslanır.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR