BLOQ

Uşaqlara elə yaxşılıq edək ki, ömür boyu bəhrəsini görək

date 5 May 2020

Uşaqlara elə yaxşılıq edək ki, ömür boyu bəhrəsini görək

Uşaqlar o qədər gözəl, o qədər məsumdurlar ki... Hər gün işdə "Nə yaxşı ki, pediatr oldum", deyirəm. Müşahidələrim və xəstələrimdən gələn müraciətlərə əsaslanaraq duyduqlarım nəticəsində çox narahat oldum. Karantin günlərində evdə olduqları üçün gərginliklər artıb. İnanılmaz dərəcədə huzursuzluğun, narahatlıq və həyəcanın artdığı müşahidə olunur. Heç arzu etmədiyimiz hal yaranıb-ekrana, sosial mediaya asılılıq daha da artıb. Digər tərəfdən küçəyə çıxma qadağası şəraitində TV-lərdən hər gün Covid-ə dair həyəcanlı xəbərlərin dinlənilməsi uşaqların həyəcanını daha çox artırmaqdadır. Son günlərdə sizin də içində olduğunuz sosial mediadan, TV-dən uşaqları uzaq tutmanız təəssüf ki, çətinləşib.

"Mümkün olduqca normal həyatınızı yaşamağa çalışın, uşaqları həyatın içində tutun", deyir həkimlər. Mənsə "Karantini bir fürsət kimi görün və bu fürsət günlərindən istifadə edib onlara bir yaxşılıq edə bilərsiniz", deyirəm. Elə bir yaxşılıq ki, ömür boyu bəhrəsini verməyə davam edəcək. Bir şüar yazın elə indi, asın çarpayılarının üstünə və icrasına başlayın həmən: "Oxu, aydınlaş, yarat!"

Kitab oxumağı sevdirin, mütaliə etmələrinə vəsilə olun. Kitablar yaradıcı təfəkkürlərinin önünü açacaq, xəyal dünyalarını inkişaf etdirəcək, yollarına nur olacaq. Ev içi fəaliyyətləri artıraq. Yaradıcı fəaliyyətlər edək. Oyun oynayaq. Gözəl musiqilərlə tanış edək. Mütaliə və bu gözəl fəaliyyətlər tək uşaqlara yox, gərginlik yaşayan biz böyüklərə də müsbət təsir edəcək. Qoy bu karantin səhvlərimizi düzəltməyə, gözəl başlanğıclara vəsilə olsun. Uşaqlar böyüyəcək, bizim vəzifəmiz onları yetişdirməkdir. Dünyamız gözəl fidanlarımızla gözəlləşsin. Sevgiylə, sağlıqla qalın...

Nigar Sədiyeva - Pediatr, ATU-nun I Uşaq xəstəlikləri kafedrasının dosenti

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR