BLOQ

Uşağa nə verək ki, immuniteti artsın?

date 17 Sentyabr 2019

Uşağa nə verək ki, immuniteti artsın?

Son günlərdə mənə ən çox verilən suallara cavab vermək istədim. Bildiyiniz kimi qış mövsümü başladıqda evində uşaq olan ailələr təlaşa düşürlər.

Şərhlərdə və şəxsi mesajlarda ən çox bu cür suallar verilir: "Doktor, bizim uşaqlarımız hər qış 7-10 dəfə qrip və soyuqdəymə olur, qızdırır. Biz uşağa nə verək ki, immuniteti artsın?"

Əziz valideynlər, əslində uşağınızın səhhətində heç bir problem yoxdur. Bu aylarda əksər uşaqlar tez-tez xəstələnir və bu, normaldır! Əgər qeyri-adi hallar müşahidə olunmursa (ağırlaşmalar: sətəlcəm (pnevmoniya), otit (qulağın iltihabı) və s.), yəni sadəcə, qızdırır, öskürür və burnu axırsa - bu normaldır. Bu, uşağın orqanizminin immun cavabıdır, özünü bu formada göstərir, vəssalam. Burda patologiya axtarmağa çalışmayın. Sadəcə onun orqanizminin quruluşudur və belə də davam edəcək. Unutmayın ki, heç bir vitamin və yaxud psevdo dərman immunitet artırmır!

Qorunmağa gəlincə, bol mövsümü meyvə-tərəvəz verin, uşaqlarınızın qidalanmasına diqqət edin, çox yeməyi deyil, vitamin bolluğu baxımından rasionunun müxtəlifliyi vacibdir. Uşağı həmçinin tez-tez təmiz havada gəzdirin.

Özünüzü qoruyun, hər zaman sağlam olun!

Həmid Hacıağayev - Pediatr-infeksionist

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR