XƏBƏR

Ürəyin qida borusundan exokardioqrafiyası: Bu müayinə nə zaman tətbiq olunur?

date 1 Oktyabr 2020

Ürəyin qida borusundan exokardioqrafiyası: Bu müayinə nə zaman tətbiq olunur?

Ürəyin müasir müayinə metodlarından biri də bu orqanın qida borusundan exokardioqrafiya müayinəsidir. Son dövrlərdə dəqiq diaqnoz qoymaq məqsədilə bu müayinəyə də müraciət olunduğu bildirilir. Həmin müayinənin adi exokardioqrafiyadan hansı fərqi var? Bu, hansı hallarda tətbiq olunur?  

e-tibb.az qeyd olunan müayinə metodu ilə bağlı kardioloq-aritmoloq Günay Rəhimovanın fikirlərini təqdim edir:

Qida borusundan ürəyin müayinəsi və ya qida borusu daxili exokardioqrafiya müayinə metodunda exokardioqrafiyanın datçiki ağızdan, qida borusu vasitəsi ilə ürəyin ən yaxın görüləbilən zonasına salınır, adi exokardioqrafiya ilə görünməyən problemləri bu metodla asanlıqla görmək olur.

Necə icra edilir? Bu qastroskopiya metodu mədə bağırsaqlarını yoxladan pasientlərə bəllidir, demək olar ki, eyni üsuldur burada da.

Bəs bu müayinənin adi exokardioqrafiyadan üstünlükləri nədir?

 Burada alınan görüntü daha dəqiqdir, çünki datçiq qida borusu divarına söykənir və ürəyə çox yaxın olur. İkinci üstünlük odur ki, bu datçik adi exokardioqrafiya ilə görsənməyən bir sıra strukturları göstərir- sol qulaqcıq appendiksi, aortanın qövsü, koronar damarlar, arxa divar. Bu sadaladığım hissələrin görünməsi bir sıra diaqnozların daha dəqiq qoyulmasına səbəb olur.

Mənim praktikamda bu müayinə ən çox səyrici artimiya xəstələrində gərəyim olur. Çünki əgər biz səyirici aritmiyanı normal nəbzə döndərmək istəyiriksə (kardioversiya) bu zaman trombun sol qulaqcıq appendiksdə olub olmadığını mütləq ki, bilməliyik. Bu isə adi exokardioqrafiya ilə görünməz. Trombu bilməyimiz kardioversiyanı daha qorxusuz, daha təhlükəsiz icra etməyimizə səbəb olacaqdır. Bəzi pasientlər ağıza yeridilən “şlanqı” heç cürə uda bilmədikərindən proses zəif anesteziya altında da aparıla bilər.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR