XƏBƏR

Ürək problemləri olanlar yayda nə etməlidir?

date 11 İyun 2019

Ürək problemləri olanlar yayda nə etməlidir?

Yayda, isti havalarda ürək tutmalarının yaranma riski artır.

e-tibb.az Türkiyə mediasına istinadən xəbər verir ki, ürək xəstələri yay aylarında xüsusilə diqqətli olmalıdırlar. Mütəxəssislər bildirir ki, ürək problemləri olanlar yayda nizamlı şəkildə dərmanlarını qəbul etməklə yanaşı bir sıra məqamlara diqqətlə yanaşmalıdırlar.  Burada az-az, tez-tez yemək, Günəş şüalarından qorunmaq xüsusi olaraq vurğulanır.  Bildirilir ki, saat 11.00-16.00 arasında  Günəş şüalarının altında durmamaq, isti havada ağ və ya başqa açıq rəngli paltarlar geyinmək, kip yox, geniş geyimlərə üstünlük vermək vacibdir. Bundan başqa, çox karbohidratlı, yağlı qidalardan imtina  etmək lazımdır.

O da qeyd olunub ki, erkən diaqnoz və vaxtında edilən müalicələr sayəsində ürək tutmalarından ölümlərin sayı azalıb.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR