XƏBƏR

​​​​​​​Ünsiyyət ömrü uzadır

date 10 Yanvar 2019

​​​​​​​Ünsiyyət ömrü uzadır

Dostlarla, yaxın insanlarla ünsiyyət, mütəmadi görüşlər ömrün uzanmasına təsir edir, qocalma prosesini ləngidir.

e-tibb.az saytı xarici mətbuata istinadən xəbər verir ki, London Universitet Kollecinin bir qrup tədqiqatçısı 50 yaşdan 90 yaşa kimi 7304 nəfərin həyatını analiz etdikdən sonra bu qənaətə gəlib ki, yaxınları ilə ünsiyyətə üstünlük verənlərin sağlamlığı daha möhkəm olur.

Tədqiqat nəticəsində o da məlum olub ki, özünü gümrah hiss edən insanların 73%-dən çoxu həftədə azı bir dəfə dostları ilə görüşür, muzeylərə, teatrlara, kilsələrə, idman zallarına gedir və ictimai təşkilatlarda fəaliyyət göstərirlər.

Nəticədə həmin insanların səhhəti pisləşmir, əksinə həyat onlara daha çox sevinc bəxş edir.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR