XƏBƏR

Ümumdünya Böyrək Günü ilə bağlı ATU-da konfrans keçirilib

date 15 Mart 2019

Ümumdünya Böyrək Günü ilə bağlı ATU-da konfrans keçirilib

Ümumdünya Böyrək Günü ilə bağlı Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Müasir Nefrologiyanın aktual problemləri” elmi-praktik konfransı keçirilib.

Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, “Nefrologiyanın İnkişafına Yardım” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov açılış nitqi ilə çıxış edərək, bu tarixin bütün dünyada, o cümlədən Azərbaycan Tibb Universitetində də hər il qeyd edildiyini bildirib. Onun sözlərinə görə, 2006-cı ildən etibarən əksər ölkələrdə bu gün tədbirlər, konfranslar keçirilir və çox önəmli mövzuları əhatə edir.

R. Bəylərov nefroloji xəstələrə dövlət qayğısından da danışıb. O qeyd edib ki, Tədris Terapevtik Klinikası 2011-ci ildən, yəni fəaliyyətə başlayan gündən, bu tarixi qeyd edir:

“İndi ölkəmizdə xronik böyrək çatışmazlığı, hemodializ və böyrək transplantasiyası üçün lazım olan xərcləri dövlət proqramı əsasında Səhiyyə Nazirliyi öz üzərinə götürüb. Digər ölkələrdə isə belə deyil. Bu da dövlətimizin böyrək xəstəliyindən əziyyət çəkən insanlara olan diqqət və qayğısından xəbər verir”.

Tədbirdə, Səhiyyə Nazirliyinin baş nefroloqu, ATU-nun Terapevtik və Pediatrik Propedevtika kafedrasının professoru, TTK-nın Nefrologiya və Efferent Terapiya Mərkəzinin rəhbəri, professor Mehman Ağayev, M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Fariz Babayev, ATU-nun elmi işlər üzrə prorektoru, dosent R. Bəylərov, Ə.Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nefrologiya kafedrasının müdiri, professor Fuad Sərdarlı və başqaları çıxışlar ediblər.

Qeyd edək ki, hər il dünyada martın ikinci həftəsində Ümumdünya Böyrək Günü qeyd olunur.

 

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR