XƏBƏR

Üç aylıq körpə üzərində ağır ürək əməliyyatı aparılıb

date 4 Mart 2019

Üç aylıq körpə üzərində ağır ürək əməliyyatı aparılıb

Mərkəzi Gömrük Hospitalında 3 aylıq körpə üzərində ağır ürək əməliyyatı icra olunub.

Bərdə rayonundan olan Ramiq Əlizadəyə anadan olandan sonra aparılan müayinələr zamanı ağır ürək qüsuru diaqnozu qoyulub. Təcili əməliyyat olunmayacağı təqdirdə yaşamaq şansının az olduğu bildirilib.

Ürəyin böyük arteriyalarının transpozisiyası diaqnozu ilə Mərkəzi Gömrük Hospitalına yerləşdirilən körpə hospitalın Elmi Tədqiqat və Tədris Mərkəzinin rəisi, tanınmış kardiocərrah, millət vəkili Rəşad Mahmudovun rəhbərliyi altında əməliyyatı olunub.

Altı saat davam edən əməliyyatdan sonra körpə 20 gün süni tənəffüs aparatına qoşulub. Yenidən həyata qaytarılan üç aylıq körpənin vəziyyəti normal qiymətləndirilir.

 

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR