BLOQ

Tükənmişlik sindromu: depressiya halı, yoxsa?

date 14 Avqust 2019

Tükənmişlik sindromu: depressiya halı, yoxsa?

Son vaxtlar insanların çox dilə gətirdiyi psixoloji vəziyyətlərdən biri də tükənmişlik sindromudur.

Bu, ingilis dilindəki “Burnout syndrome" sözündən tərcümə olunmaqla dilimizə girib.

2018-ci ilə qədər xəstəlik kateqoriyasında görülməsə də, geridə qoyduğumuz ildən bəri, artıq psixiatrik xəstəliklər təsnifatına daxil edilib. Bunun səbəbi isə, xüsusilə böyük şəhərlərdə işləyən, iş saatı uzun olan (40 saat /həftə və daha çox) insanlarda çox sıx rastlanmağa başlanmasıdır.  

Tükənmişlik sindromu çox vaxt depressiya ilə səhv salınsa da, fərqli bir psixoloji vəziyyətdir. Depressiya ümumiyyətlə, bütün həyata qarşı maraq itkisi halıdır, qeyd etdiyimiz sindrom isə iş həyatı ilə əlaqəlidir.

Bu sindromu yaşayan insanların iş qabiliyyəti xeyli aşağı düşür. Bu səbəbdən işdən qalma və psixiatra müraciətlər artır. Bu isə qərb cəmiyyətlərində sağlıq sığortası şirkətləri üzərində iqtisadi bir yük təşkil etməyə başlayır.

Bəs tükənmişlik sindromunun əlamətləri nələrdir?

Əvvəlki vaxtlara nisbətdə işə həvəsin qalmaması, işə getmək istəməmə

Mütəmadi olaraq yorğun hissetmə

Yuxunun dincəldici olmaması

Fikri cəmləyə bilməmə və işdəki problemləri həll edə bilməmə

Gücün və enerjinin azalması və ya təmin edilə bilməyən istəklər səbəbiylə, şəxsin mənəvi dünyasındakı resursların bitməsi və tükənməsi halıdır.                                                            

Azər Bağırov- Psixiatr, uzman həkim

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR