XƏBƏR

Maskalardan necə istifadə olunmalıdır? -QAYDALAR

date 31 May 2020

Maskalardan necə istifadə olunmalıdır? -QAYDALAR

Ümumdünya Səhiyyə Təşkilatı tibbi maskalarla bağlı yeni maarifləndirici məlumat açıqlayıb.

e-tibb.az məlumatı təqdim edir:

Tibbi maskalardan necə istifdadə etməli?

Maskaya toxunmazdan əvvəl əllərinizi yuyun.

Maskada yırtıq olub-olmadığını yoxlayın.

Maskanın metal hissəciyi olan və ya sərt kənarını tapın.

Rəngli hissənin çöl hissədə olduğundan əmin olun.

Maskanın metal hissəciyi olan və ya sərt kənarını burunun üzərinə yerləşdirin.

Maska ağzınızı, burnunuzu və çənənizi örtməlidir.

Üzünüzlə maska arasında böşluq qalmaması üçün maskanı üzünüzə uyğun nizamlayın.

Maskaya toxunmayın.

Maskanı qulağın və ya başın arxa hissəsindən çıxarın.

Maskanı çıxararkən onu özünüzdən və səthlərdən aralı tutun.

Maskanı istifadə etdikdən sonra onu dərhal zibil qabına atın.

Maskanı atdıqdan sonra əllərinizi yuyun.

Bunlar olmaz:

Sökülmüş və ya nəm maskadan istifadə etməyin.

Maskanı yalnız ağznınızın və ya burnunuzun üzərinə taxmayın.

Boşalmış maskadan istifadə  etməyin.

Maskanın ön hissəsinə toxunmayın.

Danışmaq və ya maskaya toxunmanızı tələb edəcək digər fəaliyyətlər üçün maskanızı çıxarmayın.

İstifadə etdiyiniz maskanı başqaları üçün əlçatan olan yerə qoymayın.

Maskanı yenidən istifadə etməyin.

Yadda saxlayın ki, yalnız maskadan istifadə etmək sizi COVİD-19 virusundan qorumağa kifayət etmir.

Bununla yanaşı digərləri ilə aranızda ən azı bir metr məsafə saxlayın və hətta maska taxsanız belə, əllərinizi tez-tez və yaxşıca yuyun.

Xatırladaq ki, Azərbaycan Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərar qəbul edib.

Qərara əsasən, ictimai nəqliyyatda (avtobus, taksi, metro, qatar), dayanacaqlarda, bazarlarda, qapalı ictimai iaşə müəssisələrində və s. yerlərdə maskadan istifadə məcburi olacaq.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif edlən dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında də tibbi maskadan istifadə tələblərinin pozulmasına görə təklif edilən dəyişiklik müzakirə edilib.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR