XƏBƏR

“Tibbi coğrafiya” kitabı nəşr olunub

date 7 Mart 2019

“Tibbi coğrafiya” kitabı nəşr olunub

Azərbaycanda “Tibbi coğrafiya” kitabı çapdan çıxıb.

E-tibb.az-ın xəbərinə görə, kitabın müəllifi coğrafiya elmləri doktoru, professor Ağazeynal Qurbanzadədir. Kitabda tibbi coğrafiya elminin metodoloji əsasları, insan biometeorologiyası və nozocoğrafiya təliminə dair elmi mənbələrin araşdırmaları müasir tələblər baxımından diqqət mərkəzinə gətirilib.

 Tədqiqat zamanı tibbi coğrafiya elminin inkişafında xüsusi xidmətlər göstərmiş Azərbaycan və xarici ölkə alimlərinin əsərlərindən istifadə edilib.

 Elmi-metodiki vəsait coğrafiya, tibb və s. elm sahələrinin mütəxəssisləri üçün nəzərdə tutulub.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR