XƏBƏR

Təzyiq həftədə, ayda bir dəfə yüksəlirsə…

date 11 Sentyabr 2020

Təzyiq həftədə, ayda bir dəfə yüksəlirsə…

Əhali arasında ən geniş yayılan xəstəliklərdən biri də hipertoniya-yüksək təzyiqdir. Yüksək təzyiqdən əziyyət çəkənlərin sayı gündən-günə artır. Artıq cavanlar arasında da bu problem geniş yayılıb, hətta yeniyetməlik dövründə də təzyiq xəstələyinə rast gəlindiyi bildirilir. Mütəmadi olaraq yüksək təzyiq problemi olanlarla yanaşı bir sıra insanlarda təzyiq bəzi hallarda normadan yüksək olur. Bu kimi hallar nədən xəbər verir?

e-tibb.az karioloq-aritmoloq Günay Rəhimovanın bununla bağlı fiikirlərini təqdim edir:   

Təzyiq hər gün qalxırsa, hipertoniya diaqnozu qoymaq asandır. Bəs həftədə, ayda bir dəfə yüksəlirsə, pasient hipertonikdir, yoxsa yox?

Bu suala cavab vermək üçün nə etməliyik?

1. Təzyiq yüksəlişinin tezliyi, həkim qəbulunda təzyiq nə qədərdir?

2. 7-10 gün müddətində arterial təzyiqin ölçülməsi ( səhər və axşam) Əgər bu zaman rəqəmlər 135/85 biraz qalxırsa, o zaman artıq birinci dərəcəli hipertoniya haqqında danışmaq olar. Bu zaman həkimin yanında təzyiqin 140/90 olması normal hal hesab olunur.
3. Təzyiqin sutkalıq monitorinqi aparatı var- bu cihaz sizin üzərinizə xəstəxanada taxılır və siz onunla evə gedirsiniz. Sutkanın əksər saatlarında sizin təzyiqinizi ölçür və qeydiyyatlar aparır. Bir sutka sonra açılır incələnir və müəyyən qrafiklərin göstərişi həkimə təzyiq haqqında çox informasiya verir.
4. Provokasiya faktoru axtarırıq: Siqaret, duz artıqlığı, düzgün olmayan qidalanma, az hərəkətlilik və ya əksinə həddindən çox hərəkət, alkoqol, yuxu pozuntusu, impotensiya, stress, psixi pozuntu, hamiləlik, ağrı.
Əgər siz əsəbiləşdikdə təzyiqiniz artırsa və əsəbləşmə də elə də çox hallarda olmursa, siz hipertonik deyilsiniz. Amma sizdə tez-tez təzyiq qalxırsa, əsəbi halınız bundan da ola bilər. Bu iki halı bir birindən ayırmaq təbii ki, həkimin üzərinə düşən heç də asan olmayan bir vəzifədir. Çünki təzyiq dərmanı yazmaq işin ən asan tərəfidir, pasient sonra o dərmandan çətin çıxır. Mən bunu eynək effektinə bənzədirəm. Nə qədər eynəyin dərəcəsi artırsa, o qədər göz tənbəlləşir. Ola bilər ki, bu halda sadəcə, sakitləşdirici arterial təzyiqin enməsinə səbəb oldu.
5. Pasientin qəbul etdiyi digər xəstəlikllərə görə dərmanlar- testosteron, idman qidaları, qeyri-steroid iltihab əleyhinə, hormonlar, burun damcıları.
6. Arterial təzyiqin yüksəlməsi əsas simptom olan yanaşı xəstəliyi axtarırırq.
7. Risk faktorlarını dəyərləndiririk.