XƏBƏR

Təbii antibiotik, ağrıkəsici, 50-dək xəstəliyin dərmanı...

date 16 İyul 2019

Təbii antibiotik, ağrıkəsici, 50-dək xəstəliyin dərmanı...

Hələ qədim zamanlardan bəri kəklikotu ən faydalı bitkilərdən biri sayılır. Azərbaycanın daha çox dağlıq ərazilərində bitən kəklikotu bir çox dərdlərin dərmanı hesab olunur. Kəklikotu təkcə Azərbaycanda deyil, bir sıra ölkələrdə də xalq təbabətində çox geniş tətbiq olunur. Son məlumatlara görə, kəklikotu təxminən 50-dək xəstəliyin dərmanıdır.

Pravda.ru-da yayılan məqalədə bildirilir ki, kəklikotu virus infeksiyalarından başlayaraq, ən ağır xəstəliklər zamanı istifdaə edilə biləcək təbii dərmandır. Kəklikotu ən təbii antiseptik, analgetik, antibiotik və antivirus əleyhinə təbii vasitə hesab olunur. Bu bitki streptokokkdan tutmuş, Kandida göbələyinə, qrip virusundan tutmuş, revmatizmə kimi çoxsaylı xəstəliklərlə mübarizə aparmaq gücünə malikdir.

Kəklikotu zərərli mikroorqanizmləri məhv edir, bədənin qoruyucu funksiyalarını yaxşılaşdırır, toksinləri təmizləyir və qan hüceyrələrinin formlaşmasında rol oynayır.

Kəklikotu qurdlara qarşı ən yaxşı təbii dərman sayılır, dezinfeksiyaedici kimi də istifadə oluna bilər.

Bu bitki həzmə kömək edir, nevroloji xəstəliklər, radikulit, revmatizm, dəri problemləri, oynaqların və əzələlərin xəstəlikləri üçün çox faydalıdır.

Kəklikotundan ən çox dəmləmə, yəni çay şəklində istifadə olunur. Bundan başqa, bu bitkinin yağı da geniş tətbiq olunur. Kəkotundan hazırlanan yağlar ən çox burun boşluğunun patologiyaları, boğazda, bronxlarda iltihabi proseslər zamanı tövsiyə olunur. Ağız boşluğunun xəstəliklərində isə mütəxəssislər kəklikotu dəmləməsi ilə ağızın yuyulmasını məsləhət görür.

Kəklikotu tənəffüs yollarının yoluxucu xəstəliklərinin müalicəsində, laringit, astma, burun bölgəsinin yoluxucu patologiyalarında, öskürək zamanı da yaxşı kömək edir.

Kəklikotu çayını hər zaman içmək tövsiyə olunur. Yuxarıda göstərilənlərə əlavə olaraq, bu bitki depressiyadan xilas olmağa, yorğunluq hissini aradan qaldırmağa, bədənə güc verməyə qadirdir. Kəklikotu yaddaşı artırır, qan təzyiqini normallaşdırır və normal qan axınını təmin edir. Ürək-damar sistemi xəstələri də kəklikotu çayından geniş istifadə edə bilərlər.

Bundan əlavə, həşərat sancması zamanı kəklikotu faydalı vasitə sayılır. Kəklikotundan dəri və saçları gözəlləşdirmək üçün losyonlar da hazırlamaq olar. Ondan hazırlanan dəmləmə isti halda podaqra, radikulit, artrit, əzələ ağrılarını azaldır,  travmalar zamanı da tətbiq olunur.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR