XƏBƏR

Talassemiya daşıyıcılığı xəstəlik deyil - Pediatrdan çağırış

date 4 Yanvar 2021

Talassemiya daşıyıcılığı xəstəlik deyil - Pediatrdan çağırış

 

Təəsüflər olsun ki, əksər hallarda dəmir defisitli anemiya-talassemiya minor, yəni talassemiya daşıyıcılığı ilə səhv salınır və pasientlərə anlamsız şəkildə aşırı dəmir preparatları təyin olunur. 

e-tibb.az xəbər verir ki, bunu pediatr-infeksionist Həmid Hacıağayev açıqlayıb.

Talassemiya daşıyıcılığının xəstəlik olmadığını xatırladan həkim bildirib ki, buna görə də narahat olmağa dəyməz: “Belə uşaqların valideynlərini yalnız bir hal narahat etməlidir: talassemiya daşıyıcısı olan övladı, gələcəkdə digər bir daşıyıcı ilə ailə qurarsa, onların izdivacından 25% ehtimalla dünyaya xəstə uşaq gələcək. Əgər bir daşıyıcı talassemiya xəstəsi ilə ailə qurarsa, o zaman xəstə övladın dünyaya gəlmə ehtimalı daha yüksəkdir. Əksər hallarda kliniki olaraq sağlam olan talassemiya dayışıcılarına heç bir müalicə tələb olunmur.

Pediatr qeyd edib ki, anemiya diaqnozu, istər dəmir defisitli anemiya, istərsə də digər anemiya növləri olsun, sadəcə, bir göstərici ilə qoyulan diaqnoz deyil: “Bir tək hemoqlobin, yaxud dəmir göstəricilərinin aşağı olması dəmir defisitli anemiya diaqnozunu qoymaq üçün yetərli deyil. Talasemiya daşıyıcılığına şübhə yarandığı halda hemoqlobin elektrofоrezi etdirməklə məsələyə nöqtə qoymaq olar”. 

Valideynlərə çağırış edən həkim, daşıyıcılıq varsa, bunu gizlətməməyi xahiş edib: “Əvvəla, bu xəstəlik deyil, ikincisi, bunda qorxulu və utanılası bir şey yoxdur. Lazımsız dərman qəbulundan uzaq durun, salamat qalın”.

 

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR