BLOQ

Süddə qan görünərsə, analar nə etməlidir?  

date 6 May 2019

Süddə qan görünərsə, analar nə etməlidir?  

Süd vermə zamanı süddə qan görülməsi  gənc analarda bir çox sualların meydana çıxmasına səbəb olur.

Bu qan hardandır? Belə süd uşağa ziyandırmı? Əgər bu qan deyilsə, bəs nədir? Biz həkimlər bu kimi suallarla qarşılaşırıq.

Süd verən qadınların 15%-də qan görünə bilər. Bu həm ilk süddə, həm də xalis əsl süddə mövcud ola bilər. Daha çox hallarda ilk dəfə süd verən xanımlarda uşağı sinəyə düzgün qoymadıqda, xəbərsiz də olsa vəzi  travmasında rast gəlinə bilər.

 

Bəzən uşaq qanlı süd qəbul edəndə çox hıçqırır və südü qaytarır. Təbii ki, bu zaman ana həyəcanlanır və ona elə gəlir ki uşaq “qan qaytarıb”. Bu o zaman baş verir ki, uşaq ana südü ilə birgə qan da qəbul edib və bu qan mədədə “tikə, çöp” reaksiyası verir və uşaq onu qaytarır. Hər iki halda təlaşa ehtiyac yoxdur, körpə kiçik  miqdarda qan qəbul edibsə, qorxulu deyil.

Yox, əgər mütəmadi süddə qan görülürsə, səbəbi mütləq araşdırılmalıdır. Bunun səbəbi müxtəlif ola bilər və bu o deməkdir ki, seçdiyimiz alqoritmik hərəkət də  fərqli ola bilər.

1. Öncə biz həkimlər süd vəzi giləsində çat, arealda travmatik izləri axtarırıq.

Bu, mexaniki səbəbdən də ola bilər:

Süd çəkən cihazdan düzgün istifadə etməyəndə və əllə süd sağmaqdan döşün zərbə almasından;

Gilənin çox intensiv təzyiqlə xaricə çıxartmaq cəhdindən

Bu halda nə etmək lazımdır?

Mümkündürsə travmanın səbəbini aradan qaldırmaq;

Süd verməni davam etdirmək, süd normal süd rəngini alana qədər gözləmək

2. Bəzən erkən laktogenez dövründə, hamiləliyin 4 ayından başlayaraq süddə qan görülə bilir. Taktika: süd verilməsini davam etdirmək! Vəziyyətdə 3-7 günə düzəlməlidir.

Əgər qan bir həftədən çox gəlirsə, mütləq həkimə müraciət olunmalıdır.

3. Bəzən axacaqdaxili polip olduqda belə dəyişikliklər yaranır. Polip axacaqda yaranan xoşxassəli düyündür və süd vəzidə heç bir şişkinlik, ağrı əmələ gətirmir. Bu zaman da qan öz-özünə dayana bilər. Ancaq həkim nəzarəti mütləqdir.

Bu zaman mütləq USM müayinəsi aparılmalı, sitoloji analiz verilməlidir.  

Son olaraq, gilədən hər hansı qanlı bir ifrazat gəlirsə, qeyri-laktogen dövrdə, dəqiq müayinə mütləqdir. USM və sitoanalizlə birgə, duktoqrafiya müayinəsi də aparılmalıdır. Bu zaman axacaq daxilinə yeritdiyimiz kontrast maddə çox zaman müalicəvi xarakter də daşıyır və ifrazat dayanmış olur.

Papilloma varsa, cərrahi yolla azad olunur. Əməliyyata qədər süd verilməsinə davam olunmalıdır.

Bütün qadınlara və uşaqlara sağlamlıq arzu edirəm.

Günel Qəmbərova-Mammoloq-radioloq

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR