XƏBƏR

“Süd xərçəngi ilə mübarizə aylığı” keçirilir

date 2 Oktyabr 2019

“Süd xərçəngi ilə mübarizə aylığı” keçirilir

Oktyabrın 1-dən Azərbaycanda “Süd xərçəngi ilə mübarizə aylığı” başlayıb. 

e-tibb.az-ın xəbərinə görə, bütün dünyada olduğu kimi Azərbaycanda da 1-31 oktyabr “Süd vəzi xərçəngi ilə mübarizə aylığı” keçirilir. Bununla əlaqədar bir sıra maarifləndirici tədbirlərin, sosial aksiyaların keçiriləcəyi bildirilir.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) süd vəzi xərçənginin təhlükəli əlamətləri ilə bağlı infoqrafiya paylaşıb.

Azərbaycan Tibb Universitetinin açıqladığı məlumatda isə bildirilir ki, Azərbaycanda hər 8 qadından biri süd vəzi xərçəngindən əziyyət çəkir və bu rəqəm ilbəil artmaqdadır. Mütəmadi müayinə və erkən diaqnostika hesabına bu dəhşətli statistikanı azaltmaq mümkündür. Məhz buna görə də Dünya Səhiyyə Təşkilatı 1992-ci ildən etibarən oktyabr ayını “Süd vəzi xərçəngi ilə mübarizə ayı” elan edib.

Simvolik olaraq “çəhrayı lent” ayı kimi xarakterizə edilən oktyabr ayı boyunca media orqanları, tibbə dair KİV-də maarifləndirmə xarakterli materiallar yayılır, səhiyyə müəssisələrində daha çox təbliğat işləri aparılır.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR