BLOQ

Süd vəzi xərçənginin yaranmasında əsas rol oynayan amil

date 30 Avqust 2019

Süd vəzi xərçənginin yaranmasında əsas rol oynayan amil

Çoxsaylı araşdırmalar göstərir ki, postmenopauza dönəmində olan xanımların əzələ kütlə indeksi yuxarı olduğu üçün süd vəzi xərçənginin yaranma riski də artıq olur. Ümumiyyətlə, Azərbaycanda hər 3 qadından biri piylənmədən əziyyət çəkir. Məsələn, tək əzələ kütlə indeksinin 5 vahid artması, süd vəzi xərçənginin yaranma ehtimalını 12 faiz artırmaqdadır. Bu dövrdə olan xanımlar mütləq klimaks başlayan müddətdə ginekoloqlara, onkoginekoloqlara müraciət etsələr daha məsləhətlidir. Çox təəssüf ki, bizə müraciət edən xanımlarda, “axı biz klimaks olmuşuq, bizdə nədən süd vəzi xərçəngi yaransın” kimi suallarla rastlaşırıq. Pasientlər elə zənn edirlər ki, öz dilləri ilə desək, yumurtalıq inkişafdan qaldısa, deməli, orqanizmimizdə heç bir xəstəlik yarana bilməz. Bu çox absurd və qeyri-dəqiq məlumatdır. Məhz süd vəzi xərçənginin yaranma ehtimalı 40 yaşdan yuxarı daha artıqdır. Məhz bu səbəbdən Avropa Radioloqlar Assosiasiyası, ABŞ Onkoradioloji Cəmiyyəti 40 yaşdan yuxarı süd vəzi skrininqinin mammoqrafiya vasitəsilə aparılmasını iddialı şəkildə tövsiyə edir. Postmenapauza dönəmində olan xanımlar hormonal terapiya ala bilərlər. Bu məqsədlə onkoginekoloqlar mütləq şəkildə süd vəzi müayinəsinin aparılmasını istəyirlər.

Piylənmə, xərçəng proqnozunu ağırlaşdırır, şişin ölçüsünü böyüdür, proloferasiya və ya bölünmə sürətini artırır.

Piylənmənin süd vəziyə nə kimi zərəri vardır sualına isə tibb belə cavab verir: Piylənmə-süd vəzi xəstəliyinin yaranmasında dominant rol oynayır. Qanda dövr edən estrogenlərin miqdarı çoxaldıqca süd vəzidə şiş yaranma ehtimalı artır. Estrogenlər, əsasən 17 B estradiol horndanasılı süd vəzi şişinin yaranmasında birbaşa rol oynayır.

Piylənmə əsas etibarilə qarın nahiyəsində olur. Məhz menopauza dövründə estrogenlərin əsas mənbəyini qarın piy toxuması təşkil edir. Ümumiyyətlə, hər artıq 5 kq çəki, süd vəzi xərçənginin yaranma ehtimalını 34-48 % artırır.

 

Piylənmə nəinki süd vəzi xərçəngi, eyni zamanda şəkər və ən əsas ürək qan-damar sistemi xəstəliklərini artırmış olur. Bu səbəbdən əgər hər hansı bir endokrinoloji səbəb yoxdursa və xanımlar piylənmədən əziyyət çəkirsə, mütləq qida rasionuna fikir verməli, ancaq  hansısa bir detoks tərkibli, piar şirkətlərinin çay və tabletləri ilə özlərini süni yollarla arıqlatmamalıdırlar.

Günel Qəmbərova - Mammoloq-radioloq

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR