XƏBƏR

Süd vəzi xərçənginin qarşısını almaq mümkündür? - VİDEO

date 11 Oktyabr 2019

Süd vəzi xərçənginin qarşısını almaq mümkündür? - VİDEO

“Süd vəzi xərçənginin yaranmasında irsiyyət faktoru da çox önəmlidir. Xüsusilə birinci nəsil qohumlarda, yəni ana, xala, bibi, nənədə süd vəzi xərçəngi varsa, bu problemin  yaranma ehtimalı daha çoxdur. Ona görə də ailəsində bu problem olanlara daha erkən müayinə tövsiyə olunur”.

e-tibb.az-ın xəbərinə görə, APA Tv-nin “Öncə sağlıq” proqramında mammoloq-radioloq, Tibb Universitetinin Tədris Terapevtik Klinikasının mammoqrafiya mütəxəssisi Günel Qəmbərova deyib.

Proqramın digər qonağı ATU-nun Onkologiya Klinikasının onkoloq-mammoloqu, tibb üzrə fəlsəfə doktoru Günay Əhmədova bildirib ki, süd vəzi xərçəngi qadınlar arasında ən geniş yayılan onkoloji xəstəlikdir. Onun sözlərinə görə, bu həm də reproduktiv, hormonal, həmçinin xarici mühit amilləri ilə bağlıdır.

Mütəxəssislər deyib ki, qadının ilk övladının 30 yaşdan sonra doğulması, 50 yaşdan sonra klimaks keçirilməsi, dəfələrlə edilən abortlar, uşaqlara süd verməmək risk faktorlarıdır. Süd vəzi xərçənginin əsas əlamətləri isə əllənən törəmə, dəridə limon qabığı görünüşü, qanlı ifrazat, gilənin geriyə çevrilməsi, qoltuq atında törəmənin yaranmasıdır...

 

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR