XƏBƏR

Skoliozun erkən diaqnostikası niyə vacibdir?

date 6 Noyabr 2020

Skoliozun erkən diaqnostikası niyə vacibdir?

 

Skolioz xəstəliyi zamanı onurğa yana əyilir və öz oxu ətrafında burulur. Onurğa yana əyilirsə, bu öncə təbii görünən deformasiya kimi özünü büruzə verir. Lakin valideynlər bu əyriliyi xəstəliyin inkişaf etmiş mərhələsində müəyyən edə bilirlər.

e-tibb.az xəbər verir ki, bunu həkim-fizioterapevt, Mərkəzi Gömrük Hospitalının həkimi Səidə Kərimova deyib.

Mütəxəssis bildirib ki, sokolioz xəstəliyinin inkişaf etmiş mərhələsi əyrilik qüsuru ilə yanaşı, daxili orqanların sıxılmasına və normal fəaliyyətində problemlər yarada bilər.

Ona görə bu xəstəliyin erkən diaqnostikasına çox diqqət yetirilməlidir.

Fizioterapevt bildirib ki, skoliozun müxtəlif növləri var.

Bunlara kongenital, neyromuskulyar və idiopatik aiddir.

Kongenital skolioz anadangəlmə olaraq çox vaxt onurğa fəqərələrinin müxtəlif qüsurları ilə bağlı olur.

Nevromuskulyar skolioz bəzi nevroloji xəstəliklər zamanlı yaranır. Lakin skoliozun bu növünə nadior hallarda rast gəlinir. Ən çox yayılmış və rast gəlinən növ idiopatikdir. Yəni dəqiq səbəbi bilinməyən əyrilik.

Müxtəlif faktorlar skoliozun inkişafına səbəb ola bilər. Buna öncə düz olmayan qaməti misal göstərə bilərik. İdiopatik skolioz ən çox 10-18 yaş arası olan insanlarda  müəyyən edilir. Çox zaman bu xəstəliyin inkişafı gizli gedir. Skolioz xəstəliyi ilkin mərhələdə deformasiyadan başqa bir problem yaratmadığı üçün bu xəstəliyi bəzən 3-4-cü mərhələlərdə aşkar oluna bilər.

Skoliozun inkişaf etmiş mərhələlərində döş qəfəsinin kobud deformasiyaları, ağciyər və ürəyin döş qəfəsdə sıxılması, bir ayağın qısalması və digər fəsadlar ola bilər. Ona görə skolioz xəstəliyinin erkən diaqnostikası vacibdir. Skoliozun erkən mərhələdə əməliyyatsız müalicə etmək mümkündür. Xəstəliyin gecikmiş mərhələlərində əməliyyat isə tələb olunur.

Əməliyyat mürəkkəb və travmatik olduğuna görə mümkün qədər əməliyyatsız müalicə imkanlarından istifadə etmək lazımdır.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR