XƏBƏR

Sınaqdan keçirilən bu peyvənd virusdan 94,5% qoruyur

date 16 Noyabr 2020

Sınaqdan keçirilən bu peyvənd virusdan 94,5% qoruyur

ABŞ-ın “Moderna” Inc. biotexnologiya şirkətinin koronavirusa qarşı klinik sınaqlarını keçirdiyi peyvənd namizədinin virusdan neçə faiz qoruduğu açıqlanıb.

e-tibb.az xəbər verir ki, sonuncu-üçüncü sınaqlar zamanı məlum ki, bu vaksin namizədi infeksiyaya yoluxmanın qarşısını almaqda 94,5% effektlidir. Şirkətin prezidenti Stephen Hoge bunu COVID-19-u dayandıra biləcək bir peyvənd kimi təqdim edib. Məlumata görə, klinik sınaqda iştirak etmiş 95 nəfərdən cəmi 5 nəfər infeksiyaya yoluxub. 

Qeyd edək ki, bir qədər əvvəl ABŞ-ın Pfizer dərman şirkəti və Almaniyanın BioNTech biotexnologiya şirkəti tərəfindən koronavirusa qarşı hazırlanan peyvənd namizədinin 90 faizdən çox təsirli olduğu açıqlanmışdı. Məlumata görə, BNT162b1 adlı peyvənd namizədi virusa qarşı 90 faizdən çox effektlidir. Bu peyvənd namizədi 6 ölkədə 43 min 538 nəfər üzərində sınaqdan keçirilib və qeyd olunub ki, indiyədək ciddi bir narahatlıq qeydə alınmayıb.

“Moderna” peyvəndinin “Pfizer” və BioNTech-in birgə peyvəndindən əsas üstünlüyü isə ultra soyuq anbara ehtiyacının olmamasıdır. “Moderna”nın vaksin namizədi soyuducuda 2-8 dərəcədə 30 gün, 20 dərəcə temperaturda altı aya qədər saxlanıla bilər.

e-tibb.az