XƏBƏR

“Şəkərli diabet” mobil əlavəsindən kimlər istifadə edə bilər?

date 30 May 2019

“Şəkərli diabet” mobil əlavəsindən kimlər istifadə edə bilər?

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) dəstəyi ilə yeni “Şəkərli diabet” mobil əlavəsi hazırlanaraq vətəndaşların istifadəsinə verilib.

İSİM-in yaydığı məlumatda bildirilir ki, mobil əlavənin yaradılmasında əsas məqsəd şəkərli diabet xəstəliyi olan insanların sağlamlıq vəziyyətinin daimi nəzarətdə saxlanılması və ümumilikdə şəkərli diabet xəstəliyinin profilaktikasına və müalicəsinə dair əhalinin maarifləndirilməsidir.

Mobil əlavədə dərmanların vaxtında qəbulu üçün yaddaş bölməsi, çörək vahidləri kalkulyatoru, o cümlədən şəkərli diabet ilə bağlı müxtəlif mövzuda faydalı məlumatlar (diabetin növləri, riskləri, ağırlaşmaları, insulindən istifadə və s.) təqdim olunur.

Qeyd edək ki, proqramdan təkcə şəkərli diabet xəstələri deyil, həmçinin qida rasionuna və karbohidrat metabolizminə fikir verən şəxslər də istifadə edə bilərlər.

Mobil əlavəni yükləmək və daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linklərə daxil ola bilərsiniz.

İOS

https://itunes.apple.com/…/%C5%9F%C9%99k%C9%99…/id1463521430

ANDROİD

https://play.google.com/store/apps/details…

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR