XƏBƏR

Şəkər xəstələri bu yolla ömürlərini uzada bilərlər

date 21 Fevral 2019

Şəkər xəstələri bu yolla ömürlərini uzada bilərlər

Diabet xəstələri gündə bir ovuc qoz-fındıq yeməklə insult və ürək böhranı riskini 1/3  azalda bilərlər.

Bunu Harvard Universitetinin mütəxəssisləri bildirib.

Onların apardıqları tədqiqatlar göstərir ki, həftədə beş gün təxminən 7 qoz və ya 24 badam yeyən diabet xəstələrində 34 % ölüm, 17% ürək-damar xəstəlikləri azalıb.

Əslində isə əgər bir şəxs diabet xəstəliyi təyin edilməzdən əvvəl müntəzəm olaraq fındıq yeyərsə, 25% ürək-damar problemlərindən, 27% erkən ölüm hallarından xilas olar.

Bunu müntəzəm olaraq edənlərdə 11% ürək-damar xəstəliyi, 15% koronar ürək xəstəliyinin inkişaf riski azalıb. Yuxarıda göstərilən paydan artıq yeyilən qoz-fındıq isə ürək-damar xəstəliklərindən ölmə riskini 6, bu xəstəliklərin inkişafı riskini 3% azaldıb.

Ümumiyyətlə, qoz-fındıq şəkərin səviyyəsini, qan təzyiqini, piy metabolizmini, iltihab və damar divarlarının funksiyasına nəzarəti yaxşılaşdırır. Buna görə də diabetə və digər metabolik xəstəliklərə düçar olanların gündəlik pəhrizlərinə qoz-fındıq əlavə etməsi tövsiyə olunur.

 

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR