XƏBƏR

Şəkər xəstələri bayramda necə qidalanmalıdır?

date 24 May 2020

Şəkər xəstələri bayramda necə qidalanmalıdır?

Bayramda yeyilən şərbətli şirniyyatlar, şəkər və şokoladlar qanda şəkərin nizamsızlığının ən əsas səbəbidir. e-tibb.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsinin dekanı, Endokrinologiya və metabolizm xəstəlikləri uzmanı, professor Mustafa Sait Gönen şəkərli diabet xəstələri üçün bayram günlərində qidalanma tövsiyələri verib. Professor bildirib ki, şəkərli diabet xəstələrinin şəkəri çox yüksək və ya çox aşağı ola bilər. Belə hallarda koma vəziyyəti də daxil olmaqla çox ciddi fəsadların yaranması mümkündür. Mütəxəssis deyib ki, bu səbəbdən şərbətlə hazırlanan şirniyyatlar birmənalı qəbul olunmamalıdır. Həkimin sözlərinə görə, koronavirus pandemiyası dövründə şəkər xəstələri həm də uzun müddət karantin rejimində hərəkətsiz qalmaları səbəbindən qaydalara uyğun qidalanmalı, şəkəri normada saxlamalıdırlar. Qanda şəkərin qalxıb, enməsinin qarşısını almaq üçün vaxtında qidalanmaq, çox qida qəbul etməmək, 3 əsas və 3 ara yeməyinin olmasının vacibliyini vurğulayıb. O, bol su içməyi, lifli qidalara üstünlük verməyi, duz istifadəsini azaltmağı, şəkərli, unlu qidalar və içkilərdən, xəmirli şirniyyatlardan birmənalı olaraq imtina etməyi, fiziki aktiv olmağı, idman hərəkətləri etməyi tövsiyə edib. Professor bildirib ki, əgər şirniyayt yemək istəyi yaranarsa, bu zaman çox yüngül, südlü və meyvəli şirniyyatlar yemək olar.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR